“Sülh Bulağı” əməliyyatı bölgəsində daha 4 terrorçu məhv edilib

Türkiyə silahlı qüvvələrinin Suriyada həyata keçirdikləri “Sülh Bulağı” əməliyyatı ilə terrororçulardan təmizlənmiş bölgəyə hücum təşkil etməyə çalışan separatçı terror təşkilatı PKK/YPG üzvü 4 quldur zərərsizləşdirilib.

1700846
“Sülh Bulağı” əməliyyatı bölgəsində daha 4 terrorçu məhv edilib

Milli Müdafiə Nazirliyindən yayılan açıqlamada, Türk hərbi qüvvələrinin PKK/YPG terror təşkilatının sözügedən bölgədə sülh və təhlükəsizlik zəminini pozmasına icazə verilmədiyi qeyd edilib. Açıqlamada həmçinin deyilib ki, bölgədə hər cür tədbir görən qəhrəman komandolar, separatçı terror təşkilatı PKK/YPG üzvü olan 4 terrorçunu zərərsizləşdirərək daha bir hücum cəhdinin qarşısını alıblar.



Әlaqәli Xәbәrlәr