Prezident Ərdoğan: “Balkanlar terror təşkilatı FETÖ-dən təmizlənəcək”

Prezident Rəcəb Tayyib Ərdoğan, Balkanların Fətullahçı Terror Təşkilatından (FETÖ) tamamən təmizlənəcəyini bildirib.

1700866
Prezident Ərdoğan: “Balkanlar terror təşkilatı FETÖ-dən təmizlənəcək”

Prezident Ərdoğan bunu Türkiyənin Serbiyadakı Yeni Bazar Konsulluğunun açılış mərasiminə video konfrans yolu ilə iştirakı zamanı etdiyi çıxışında deyib.

FETÖ xəyanət dəstəsinin Balkanlarda kökünün kəsiləcəyini ifadə edən prezident Ərdoğan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Rəhbərliyinin bu ərazilərdə inkişaf layihələri həyata keçirdiyinə diqqət çəkib və Balkan xalqını dost olaraq gördüklərini vurğulayıb. Serbiyada Boşnaqların sıx yaşadıqları Sancak bölgəsində xidmətə verilən Yeni Bazar Baş Konsulluğunun hər iki ölkə üçün xeyirli olmasını arzuladığını, hər kəsi hörmət və sevgi ilə salamladığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr