“Bu mövzuda hələ verilmiş bir qərar yoxdur”, R.T.Ərdoğan

Bosniya Herseqovina səfərindən əvvəl İstanbul Atatürk Havalımanında təşkil edilən mətbuat konfransında çıxış edən Ərdoğan Kabildəki terror hücumu ilə bağlı deyib...

1698393
“Bu mövzuda hələ verilmiş bir qərar yoxdur”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünən Kabildə törədilən o fəlakəti, o geniş terror hücumunu millətimiz adından da qınayırıq" dedi.

  Bosniya Herseqovina səfərindən əvvəl İstanbul Atatürk Havalımanında təşkil edilən mətbuat konfransında çıxış edən Ərdoğan Kabildəki terror hücumu ilə bağlı deyib: "Dünən (26.08.2021) Kabildə törədilən o fəlakəti, o geniş terror hücumunu millətimiz tərəfindən də qınayırıq. DEAŞ-ın belə bir zamanda bu addımı atması bölgədə və dünyada necə təhlükəli bir terror təşkilatı olduğunu ortaya qoyur.

  Əfqanıstanda vəzifəsini yerinə yetirmiş Türkiyə Silahlı Qüvvələri personalının çıxarılması davam edir. Bu işləri ən qısa zamanda və ən sürətli şəkildə tamamlayacağıq.

  Talibanla görüşə gəlincə, bizim kiminlə, harada, nə vaxt və nə üçün danışıqlar aparmağımız üçün kimsədən icazə almaq kimi bir xasiyyətimiz yoxdur.

  Kabil Havalımanının işlədilməsi ilə bağlı Talibanın bizə təklifləri var. Bu mövzuda hələ verilmiş bir qərar yoxdur.

  Hamı Əfqanıstanı tərk edərkən biz çıxmadıq.

  Daxili İşləri Nazirliyinin qeydlərində Türkiyədə qanuni və qeyri-qanuni Əfqanıstandan mövcud immiqrant sayı təxminən 300 mindir. Biz köç məsələsində çox həssasıq. İran sərhədindən İraq və Suriya sərhədinə qədər az qala hər yeri divarlarla hörürük."   



Әlaqәli Xәbәrlәr