Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (18 avqust 2021)

Gündəlik yoluxma sayı 19.944-dür

1693517
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (18 avqust 2021)

 

  Türkiyədə yeni tip korona virusundan (Covid-19) avqustun 18-də 168 nəfər dünyasını dəyişib.

  Bir gündə 295 min 206 test edilib. Gündəlik yoluxma sayı 19.944-dür.

  Son 24 saatda sağalanların sayı 15.537-dir.

  Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 86 milyon 413 min 722 peyvənd vurulub.



Әlaqәli Xәbәrlәr