Mövlud Çavuşoğlu: “Türkiyə Talibanın bu vaxta kimi verdiyi mesajları müsbət qarşılayır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda Taliban tərəfindən verilən mesajları alqışladıqlarını bildirib

1692570
Mövlud Çavuşoğlu: “Türkiyə Talibanın bu vaxta kimi verdiyi mesajları müsbət qarşılayır”

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda Taliban tərəfindən verilən mesajları alqışladıqlarını bildirib.  

  Çavuşoğlu həmkarı Eymen es-Safədinin dəvətilə səfərdə olduğu İordaniyada mətbuata verdiyi açıqlamada Əfqanıstandakı vəziyyətə münasibət bildirərək deyib: "Əfqanıstanla bağlı Taliban daxil olmaqla, bütün tərəflərlə dialoqumuzu davam etdiririk. Taliban tərəfindən verilən mesajları alqışlayır və Türkiyə olaraq Əfqanıstanın iqtisadi inkişafı, sabitliyi və əmin-amanlığına dəstəyi sürdürürük... Bölgədən təxliyələr davam edir. Türkiyə təkcə öz deyil, başqa ölkə vətəndaşlarının da təxliyəsinə kömək göstərir".

 



Әlaqәli Xәbәrlәr