"Türkiyədə baş verən təbii fəlakətlə bağlı bütün imkanlar səfərbər edilib”, R.T.Ərdoğan

Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) verilən son məlumatlara əsasən...

1690300
"Türkiyədə baş verən təbii fəlakətlə bağlı bütün imkanlar səfərbər edilib”, R.T.Ərdoğan

 

  “Türkiyə ərazisində davam edən yağmurlu hava səbəbindən baş verən təbii fəlakətin ölkəyə vurduğu zərərin qarşısının alınması üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib”, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, bununla əlaqədar təbii fəlakətin yaşandığı bölgələrin rəhbərləri ilə telefon danışıqları keçirib.

  Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) verilən son məlumatlara əsasən, yağan aramsız leysan yağışları səbəbindən ölkənin Bartın, Kastamonu və Sinop vilayətlərində sel və daşqınlar meydana gəlib. Kastamonuda sel sularında boğulanların sayı 6-ya çatıb. Bartın vilayətində isə sel sularının apardığı bir nəfərin axtarışları davam edir.

  Hazırda təbii fəlakətdən ziyan çəkən vilayət və rayonlarda koordinasiya mərkəzləri yaradılıb.

 



Әlaqәli Xәbәrlәr