5 gündə 35 vilayətdəki 138 meşə yanğınından 129-u nəzarətə alınıb

Ölkə miqyasında son 5 gündə 35 vilayətdəki 138 meşə yanğınından 129-u nəzarətə alınıb.

1684432
5 gündə 35 vilayətdəki 138 meşə yanğınından 129-u nəzarətə alınıb
yangın.jpg
yangın
orman yangınları Marmaris.jpg

Ölkə miqyasında son 5 gündə 35 vilayətdəki 138 meşə yanğınından 129-u nəzarətə alınıb.

Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr idarəsinin verdiyi və avqustun 2-də Türkiyə saatı ilə 16.00 etibarilə əldə edilən məlumatları ehtiva edən açıqlamaya görə, Türkiyədə təsirli olan meşə yanğınları ilə mübarizə dövlətin bütün imkanları səfərbər edilərək davam edir.

Son 5 gündə 35 vilayətdə 138 meşə yanğınından 129 -u nəzarət altına alınıb.

Yanğınların söndürülməsi üçün 16 təyyarə, 9 pilotsuz uçuş aparatı, 52 helikopter, 850 su tankeri, 150  iş maşını, 13 yük maşını, 129 yanğınsöndürən maşın, 11 ekskavator, 57 təcili yardım maşını, 16 Milli Tibbi Xilasetmə Qrupu (UMKE) maşını istifadə edilərkən, 5 min 200 personal və 456 sağlamlıq işçisi vəzifə icra edib.

Ayrıca, 5 min 64 nəfərlik sığınacaq sahələri yaradılıb və bölgələrə 42 milyon 120 min lirə təcili vəsait göndərilib.



Әlaqәli Xәbәrlәr