"Şərtlərimiz təmin edilsə, Türkiyə bu məsələni edə bilər", R.T.Ərdoğan

Şimali Kipr Türk Respublikasında (Qıbrız) səfərdə olan Ərdoğan burada etdiyi çıxışında deyib...

1677765
"Şərtlərimiz təmin edilsə, Türkiyə bu məsələni edə bilər", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Taliban - Əfqanıstan məsələsini müzakirə edəcəklərini söyləyərək "Şərtlərimiz təmin ediləsə, Türkiyə olaraq Qabil Havalimanını işlətməyə davam etməyi düşünürük" şərhini verdi.

  Şimali Kipr Türk Respublikasında (Qıbrız) səfərdə olan Ərdoğan burada etdiyi çıxışında deyib: “Qabil Havalımanının təhlükəsizliyi ilə bağlı yeni dövr gəlir. Üç əsas qüvvə var: NATO, ABŞ və Türkiyə. Amerika çəkilmə qərarını verdi. Qabil Havalimanı bizim tərəfimizdən onsuz da 20 ildir işlədilir, bundan sonra da işlədilməsini istədilər. Biz də bu gün Qabil Havalimanının Türkiyə tərəfindən işlədilməsinə müsbət baxırıq. Amma Amerika Birləşmiş Ştatlarına bu mövzuda bəzi şərtlərimiz var. Diplomatik baxımdan ABŞ bizim yanımızda olmalıdır. İki məntiqi mərhələdə imkanlarını bizim üçün səfərbər etməlidir. Orada hansı qüvvələri varsa, bunları Türkiyəyə təhvil verməlidir. Çox ciddi maliyyə və inzibati çətinliklər çıxacaq ki, bu barədə də Türkiyəyə lazımlı dəstək göstərməlidir. Əgər bunlar təmin ediləsə, biz Türkiyə olaraq bu müddətdə Qabil Havalimanını işlətməyi müzakirə etməyi düşünürük.

  Talibanla bağlı bir sıra narahatlıqlar var. ABŞ-la olduğu kimi, Taliban hər halda Türkiyə ilə də çox rahat şəkildə görüşməlidir… Dohadan oraya axan bir müddət var. Bu zamanı da yaxşı dəyərləndirəcəyimizi düşünürəm. Başqa alternativlər də var, bunlar üzərində işlərimizi davam etdiririk."



Әlaqәli Xәbәrlәr