“Bağlı Maraşın açılması üçün yeni dövr başlayır”, R.T.Ərdoğan

Şimali Kipr Türk Respublikasında (KKTC) səfəri çərçivəsində 20 İyul Barış və Azadlıq Bayramı münasibətilə təşkil edilən rəsmi mərasimdə iştirak edən Ərdoğan buradakı çıxışında deyib...

1677803
“Bağlı Maraşın açılması üçün yeni dövr başlayır”, R.T.Ərdoğan
tatar.jpeg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "20 İyul (1974) zülmə son qoyulan və Kiprə (Qıbrız) sülhün gəldiyi qurtuluş günüdür" dedi.

  Şimali Kipr Türk Respublikasında (KKTC) səfəri çərçivəsində 20 İyul Barış və Azadlıq Bayramı münasibətilə təşkil edilən rəsmi mərasimdə iştirak edən Ərdoğan buradakı çıxışında deyib: “Rumlar (yunan) Kipr türkünü azlıq olaraq görmə, bərabərlik təməlində həlli rəddetmə qəflətindən heç cür oyana bilmədi. Hələ də gerçəklərdən qopuq, maksimalist, qeyri-səmimi və ərköyün yanaşmanı davam etdirməkdə israrçıdırlar.

  Avropa İttifaqı maliyyə və inzibati cəhətdən Şimali Kiprə dəstək verəcəkdi. Verdimi? Xeyr. Bunların həyatı yalan üzərinə qurulub.

  Kiprdə içlərində hələ də 1974 əvvəli qırğınların həsrətini çəkənlər var.

  Qıbrız (Kipr) məsələsində biz haqlıyıq, haqlı olduğumuz üçün də sonuna qədər haqqımızı müdafiə edəcəyik.

  On illərdir dəyişməyən, qısa müddətdə də dəyişməsi gözlənilməyən rəftarın artıq heç bir hökmü qalmayıb. Bizdən kimsə artıq bundan sonra geriyə doğru heç nə gözləməsin.

  Mülkiyyət haqqlarına riayət edilərək icra olunan işlər işığında artıq Maraşda hər kəsin faydasına olacaq yeni bir dövrün qapıları açılır.

  Heç kimin Kipr türkündən bərabər statusu və suverenliyindən imtina etməsini, rumların idarəsi altında azlıq olaraq yaşamasını qəbul etməyi gözləməsin.

  Heç qüsura baxmasınlar, 47 deyil, hətta 147, 247 il də keçsə, Qıbrız xalqı müstəqilliyindən və azadlığından vaz keçməyəcək.

  Kimin təktərəfli fəaliyyətlər göstərdiyinin, kimin gərginliyi artırdığının mühakiməsini beynəlxalq cəmiyyətin vicdanına buraxıram.”

  Şimali Kiprin prezidenti Ersin Tatar da öz növbəsində çıxış edərək deyib: “Kipr adası ətrafında qitədə təbii qaynaqlara bərabər haqq sahibi kimi ona Türkiyə ilə birlikdə sahib çıxmaq qərarlıyıq.

  Barış Hərəkatı ilə Ana Vətən Türkiyəyə dil uzadanlar tarixi gerçəkləri təhrifə davam edir. Bağlı Maraşın açılması Daşınmaz Əmlak Komissiyası çərçivəsində mülkiyyət haqqlarına hörmətlə və hüquqa uyğun şəkildə reallaşdırılacaq."

 



Әlaqәli Xәbәrlәr