Türkiyə prezidenti bayramlar üçün Şimali Kiprə getdi

Rəcəb Tayyib Ərdoğan Ercan Havalimanında Qıbrız Respublikasının prezidenti Ersin Tatar tərəfindən rəsmi mərasimlə qarşılanıb

1677523
Türkiyə prezidenti bayramlar üçün Şimali Kiprə getdi
erdogan kktc1.jpg
erdogan kktc.jpg

 

  Türkiyə prezidenti Şimali Kipr Türk Respublikasına yollanıb. Rəcəb Tayyib Ərdoğan Ercan Havalimanında Qıbrız Respublikasının prezidenti Ersin Tatar tərəfindən rəsmi mərasimlə qarşılanıb.

  Havalımanı və ətrafında yerli vətəndaşlar tərəfindən bayraqlarla qarşılanan Türkiyə başçısına sevgi nümayiş olunub.

  Səfər çərçivəsində Ərdoğan Qıbrız Respublika Məclisinin xüsusi iclasında çıxış edəcək və elan etdiyi müjdəni burada açıqlayacaq.

  Türkiyə prezidenti 20 İyul Qıbrız Barış və Azadlıq Bayramı münasibətilə təşkil olunan mərasimdə iştirak edəcək.

  R.T.Ərdoğan və E.Tatar təkbətək görüşdə Şərqi Aralıq dənizindəki son proseslərlə yanaşı, Türkiyə ilə Şimali Kipr arasındakı əlaqələri bütün tərəfləri ilə danışacaq və "Kipr iddiası" ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan başqa, iki ölkə başçısı Şimali Kipr Türk Respublikasında istehsalı tamamlanan ayrı-ayrı layihələrin açılışları və təməlqoyma mərasimlərində iştirak edəcəklər.



Әlaqәli Xәbәrlәr