Türkiyədən Qəzza Zolağına hümanitar yardım

Türkiyə Qırmızı Aypara Cəmiyyətinin humanitar yardım karvanı Refah Sərhəd Qapısından keçərək İsrail tərəfindən mühasirəyə salınmış Qəzza Zolağına çatıb.

1677287
Türkiyədən Qəzza Zolağına hümanitar yardım

TRT-nin bölgədən əldə etdiyi məlumata görə Misirlə Qəzza Zolağı arasındakı Refah sərhəd qapısından Qəzza Zolağına keçən 10 yük maşınından ibarət karvan ilə aparılan hümanitar yardımlar Fələstin Qırmızı aypara cəmiyyətinə təhvil verilib. Humanitar yardımlar qida başda olmaqla tibbi avadanlıqlar, təmizlik materialları və geyimdən ibarətdir.

Xatırladaq ki, İsrail 2006-cı ildən bəri təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağını quru, dəniz və hava yolu  ilә  mühasirә  altına  alıb. 



Әlaqәli Xәbәrlәr