15 İyul: Türkiyə keçilməz!

Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 İyul Şəhidlərini Anma Proqramında iştirak edən Ərdoğan buradakı çıxışında deyib...

1675810
15 İyul: Türkiyə keçilməz!

 

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul 2016-cı ildə Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə qarşı qazanılan zəfərin millətin və milli iradənin qələbəsi olduğunu vurğuladı.

  Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 İyul Şəhidlərini Anma Proqramında iştirak edən Ərdoğan buradakı çıxışında deyib: “15 İyul millətin, milli iradənin, demokratiyaya könül verənlərin zəfəridir. 15 İyul haqqın batilə, ədalətin zülmə, istiqlalın işğala qalib gəlməsinin adıdır.

  Millətimiz 15 İyul müqavimətiylə həm bir çevriliş cəhdini havaya sovurdu, həm də ölkəmizi təslim etmək istəyən bir işğal niyyətinə mane oldu. Gənci ilə, yaşlısıyla bu millət Türkiyənin keçilməz olduğunu bütün dünyaya bir daha göstərdi.

  Türkiyə milləti küçələrdə istiqlalını qoruyarkən millətin vəkilləri də bu uca dam (TBMM) altında demokratiyaya, milli iradəyə bərk sarıldı.  

  Millət vəkillərimiz qazi məclisimizin şanına yaraşan şəkildə, başlarına yağan bombalara baxmayaraq, xalqın əmanətini kənara qoymadılar. Bu vasitə ilə o gecə maneələri aşaraq, tankların ətrafında dolanaraq, lülələrin ucundan gedərək Türkiyə Böyük Millət Məclisinə gələn və millətin vəkili olmanın məsuliyyətini yerinə yetirən hər kəsə şəxsim, millətim və ölkəm adından təşəkkür edirəm.

  Tarix 15 İyul gecəsi yaşanan digər qəhrəmanlıqlar kimi qazi məclisimizin damı altında sərgilənən bu həmrəyliyi də qızıl hərflərlə yazacaq.

  İstiqlal Savaşımızı sövq və idarə edən Böyük Millət Məclisimizin üzvləri aradan keçən bir əsrə baxmayaraq, yenə xoş yad edilirsə, yeni Türkiyənin gələcək mübarizəsinin öndərləri də, inşaallah, həmişə təşəkkür və minnətlə xatırlanacaq."



Әlaqәli Xәbәrlәr