Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Küveytdə bir sıra görüşlər keçirib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Küveytdəki təmasları çərçivəsində jurnalistlərə açıqla verib.

1674738
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Küveytdə bir sıra görüşlər keçirib

"Dünyada İslam ölkələrindən başqa Fələstinin haqlılığı barədə müsbət ictimai rəy yarandı. Bölgə ölkələri də bunu düzgün şəkildə qiymətləndirməlidirlər".

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Küveytdəki təmasları çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
M. Şentop Türkiyə ilə Küveyt arasındakı münasibətlərin çox yaxşı səviyyədə olduğunu və iki ölkənin beynəlxalq platformalarda birgə rəftar və mövqe nümayiş etdirəcək nöqtədə olduqlarını söyləyib.

İki ölkə xalqları arasındakı əlaqələrə diqqət çəkən Şentop əhali sayı ilə müqayisədə Türkiyəyə gələn turist sayına görə Küveytin birinci yerdə olduğuna diqqət çəkib.

Sosial və mədəni baxımdan yaxınlığa da toxunan Şentop Küveytdə Türk seriallarına baxma nisbətinin bunun bir göstəricisi olduğunu söyləyib.

Şentop Küveytdəki görüşləri zamanı Fələstin məsələsinə xüsusi diqqət çəkdiyini bildirərək, Fələstində baş verənlərin yalnız bölgəni deyil, bütün dünyanı maraqlandıran bir mövzu olduğunu vurğulayıb.

Şentop Aralıq dənizinin şərqində enerji qaynaqları sahəsində baş verənlərə də diqqət çəkərək,

"Bəzi Avropa ölkələri Aralıq dənizinin şərqilə bağlı fikirlərini təqdim edirlər. Aralıq dənizinin qərbindəki ölkələrin bu mənada Aralıq dənizinin şərqilə bu səviyyvdə maraqlanması qəribədir. Türkiyə heç vaxt öz maraqlarına və mənafelərinə zərər verəcək şeylərə yol verməz" deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Şentop Küveytə səfəri çərçivəsində Türkiyə Səfirliyini, Tarık Rəcəb İslam Sənətləri Muzeyini və Ulu Məscidi də ziyarət edib.



Әlaqәli Xәbәrlәr