Çavuşoğlu yunan həmkarı ilə görüşüb, "Qalatasaray"a edilən hörmətsizliyə reaksiya verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanistan xarici işlər naziri Nikos Dendias ilə "Qalatasaray"a qarşı sərgilənən rəftara görə telefon yolu ilə görüşüb.

1674355
Çavuşoğlu yunan həmkarı ilə görüşüb, "Qalatasaray"a edilən hörmətsizliyə reaksiya verib

Çavuşoğlu yunan həmkarı Dendias ilə keçirdiyi telefon danışığında "Qalatasaray"a qarşı kobud və yaxşı niyyət timsalı olmayan rəftarın qəbul edilməz olduğunu bildirib.

Xarici işlər naziri Çavuşoğlu sosial media hesabında yaydığı açıqlamada: “"Qalatasaray" Futbol Komandamıza Yunanıstanda göstərilən və xoşməramlılıq, centlmenliklə üst-üstə gəlməyən rəftar rəftar qəbuledilməzdir. Türkiyə hər zaman idman komandalarının yayındadır”.

Ədalət və İnkişaf Partiyası sözçüsü Ömer Çəlik də sosial mediada hesabında: “Yunanıstanın "Qalatasaray" İdman Klubuna qarşı rəftarını qınayır və kobudluğun idmanda yeri olmadığını xatırladırıq. "Qalatasaray" dünyada tanınmış möhtəşəm komandadır. Yunanistan səlahiyyətlilərinin "Qalatasaray" komandasına etdikləri hörmətsizlik heç vaxt qəbul edilə bilməz. Bu rəftar onların əsas niyyətlərinin göstəricisidir. Dostluq və idmanla heç bir əlaqəsi olmayan belə davranışlar yaddaşlardan silinməz”.



Әlaqәli Xәbәrlәr