Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Küveytdə görüşlər keçirir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Küveyt Əmirinin əvəzi və vəliəhd Şeyx Meşəl Əl Cabir Əl Sabah və bu ölkənin baş naziri Şeyx Sabah Əl Xalid Əl Sabahla bir araya gəlib.

1673912

Mustafa Şentop 11 iyulda müşayiətindəki parlament heyəti ilə Küveytə səfər edib. 

Şentop bu gün səhər Beyan sarayında Küveyt Əmirinin əvəzi Şahzadə Şeyx Miş'al Əl Sabah ilə görüş keçirdi. İclas yarım saat davam edib.

Daha sonra Küveyt Baş naziri Şeyx Sabah Al Xalid Əl Sabah ilə bir araya gələn Sentop gün ərzində Küveyt Milli Məclisində Məclis sədri Mərzuk Əli Əl-Qənimi ziyarət edəcək.

Şentop təmasları çərçivəsində Tarık Recep İslam Sənəti və Xəttatlıq Muzeyini də ziyarət edəcək.

Әlaqәli Xәbәrlәr