“Türkiyə-Liviya qardaşlığına qarşı bu təxribatı qınayırıq”, T.Bilgiç

Mövzu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib...

1671091
“Türkiyə-Liviya qardaşlığına qarşı bu təxribatı qınayırıq”, T.Bilgiç

 

  Türkiyə Liviyanın Tobruk şəhərindəki Nümayəndələr Palatasının müvəqqəti binası qarşısında Türkiyə bayrağını hədəfə alan təxribatçı hərəkəti kəskin şəkildə qınayıb.

  Mövzu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib: "Liviyanın Tobruk şəhərində 5 iyul 2021-ci il tarixində təşkil edilən büdcə toplantısı zamanı Nümayəndələr Palatası müvəqqəti binası qarşısında bayrağımıza qarşı çirkin hərəkəti kəskin şəkildə qınayırıq.

  Türkiyənin Liviya Səfirliyi hadisə ilə bağlı ölkənin Xarici İşlər Nazirliyinə şifahi və yazılı etiraz bildirib. Bu cür təxribatlara icazə verilməməsi və bənzər hadisələrin təkrarlanmaması üçün lazımlı tədbirlərin görülməsini tələb edirik.

  Sözügedən hərəkət Türkiyə-Liviya qardaşlığını hədəfə alır. Suverenliyimiz və müqəddəs dəyərlərimizi təmsil edən bayrağımıza edilən bu hücum əsla məqsədinə çata bilməyəcək. Dost və qardaş Liviya xalqı buna münasibət bildirəcək."

  Xatırladaq ki, qiyamçı Xəlifə Hafter tərəfdarları iyulun 5-ində ölkənin baş naziri Əbdülhəmid Dibeybenin Tobruk şəhərinə gəlişi zamanı asvalta Türkiyə bayraqları sərərək təxribat törətmişlər.



Әlaqәli Xәbәrlәr