Fəxrəddin Koca: “Diqqət mərkəzində əsas mövzu vaksinasiya olmalıdır”

Səhiyyə naziri Fəxrəddin Koca yeni növ koronavirus (Covid-19) əleyhinə mübarizədə diqqət mərkəzində vaksinasiyanın olduğunu bildirib.

1670739
Fəxrəddin Koca: “Diqqət mərkəzində əsas mövzu vaksinasiya olmalıdır”

 

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca 5 iyulda keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

   Epidemiyanın sona çatması üçün vaksinasiya və sosial immun sisteminin güclənməli olduğunu deyən nazir bunun  üçün ölkə əhalisinin ən az 70 %-nin peyvənd olunmasını vacib sayıb. 

  Türkiyəyə gələn turistlərlə bağlı isə F.Koca deyib: “Peyvənd sertifikatı olan və ya son 6 ayda xəstəliyə yoluxub  müalicə olmuş turistlər istisna olmaqla, ölkəmizə gələn hər kəsdən son 2 sutkada alınmış antigen, 72 saatda isə  PCR  testi tələb edirik. Məlumdur ki, bəzi ölkələrə (6 ölkə) uçuşları dayandırdıq. 2 ölkə üçün karantina tətbiqi davam edir. Pakistan, Əfqanıstan, İngiltərə və İrandan gələnlərdən antigen yox, PCR  testi  tələb olunur”.



Әlaqәli Xәbәrlәr