“Anadolu-21” hərbi təlimləri 7 ölkənin iştirakıyla davam edir

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən məlumata görə...

1669315
“Anadolu-21” hərbi təlimləri 7 ölkənin iştirakıyla davam edir

 

  Türkiyə Xüsusi Qüvvələr Komandanlığının ev sahibliyilə təşkil edilən “Anadolu-21” Birləşmiş Xüsusi Qüvvələr Hərbi Təlimləri 7 ölkənin iştirakıyla davam edir.

  Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən məlumata görə, Türkiyə, Azərbaycan, Albaniya, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi qüvvələrinin birgə hərbi təlimləri Kosova və Monqolustan nümayəndələrinin müşahidəçi olaraq iştirakıyla 28 iyundan davam edir.

  Türkiyə Baş Qərargahı Xüsusi Qüvvələr Komandanlığının ev sahibliyi ilə paytaxt Ankarada reallaşdırılan manevrdə məqsəd ayrı-ayrı ölkələrin hərbi qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı qurmaq, qarşılıqlı məlumat və təcrübə paylaşımı etmək, ortaq hərbi təlimlərdə birgə hərəkatı icra edəbilmə qabiliyyətlərini inkişaf etdirməkdir.



Әlaqәli Xәbәrlәr