Hulusi Akar Malatyadakı 2-ci Ordu qərargahından önəmli mesajlar verib

Milli Müdafiə Naziri Hulusi Akar, separatçı terror təşkilatı PKK ilə YPG arasında heç bir fərq olmadığını bildirib.

1664605
Hulusi Akar Malatyadakı 2-ci Ordu qərargahından önəmli mesajlar verib

Hulusi Akar ordu komandirləri ilə birlikdə Malatyadakı 2-ci Ordu qərargahını ziyarəti zamanı bu barədə danışıb. Qərargahda sərhəddə və sərhəd kənarındakı qoşunların komandirləriylə onlayn görüş keçirən Akar ərazidəki vəziyyətə dair məlumat alıb və lazımlı addımların atılması barədə təlimat verib.

Nazir Akar və Komandirlər daha sonra qərargahda personalla görüşüb. Nazir görüş zamanı etdiyi çıxışında terror təşkilatı PKK ilə YPG arasında heç bir fərq olmadığına diqqət çəkərək: “Heç kim zehnimizi lağa qoymamalıdır. Müttəfiqlərimizdən bəzilərinin hələ də YPG ilə əməkdaşlıq etmələri və onlara hərcür yardım təmin etmələri qəbul edilməzdir. Terrorla mübarizə  çərçivəsində  cari  ilin Yanvar ayından bəri 1366 terrorist zərərsizləşdirilib. Beləliklə 24 İyul 2015-ci ildən bu günə dək  zərərsizləşdirilən terrorçu sayı 18 min 220-yə çatıb. Heç kim şübhə etməməlidir mübarizəmiz  son terrorçu zərərsizləşdirilənə dək davam edəcək”

Türk Silahlı Qüvvələrinin hazırda Kabil Təhsilinə Yardım Məşvərət Komandanlığı vəzifəsini icra etdiyini xatırladan Akar, Türkiyənin lazımi şərtlərin yaranması  halında Əfqanıstandakı Həmid Karzai Beynəlxalq Hava Limanının istismarı məsuliyyətini davam etdirəcəyini,  mövzu  ilə əlaqəli  danışıqlar  aparıldığını, Türkiyənin və Əfqanıstanın maraqları  ilə üst-üstə gələcək nəticələr əldə etmək istədiklirini, əsas məqsədin isə Əfqan xalqının təhlükəsizliyi, sülhü və rifahı üçün töhfə vermək olduğunu vurğulayıb.  



Әlaqәli Xәbәrlәr