“Türkiyənin dərman və tibbi vəsaitləri standartlara uyğundur”, H.Həsən

22 iyun Türkiyə səfərindən qabaq şərhlər verən Livanın səhiyyə naziri deyib...

1662241
“Türkiyənin dərman və tibbi vəsaitləri standartlara uyğundur”, H.Həsən

 

  Livanın səhiyyə naziri Hamad Həsən Türkiyənin dərman və tibbi vəsaitlərinin həm keyfiyyət, həm də qiymət baxımından öz ölkəsinin standartlarına uyğun gəldiyini söylədi.

  22 iyun Türkiyə səfərindən qabaq şərhlər verən Livanın səhiyyə naziri deyib: “Bir neçə günlük görüşlərim çərçivəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca ilə bir araya gələcəyik. Onunla dərman və tibbi vəsait istehsalı ilə bağlı bəzi fabriklərə baş çəkəcəyik.

  Türkiyənin səhiyyə sahəsindəki təcrübələrindən istifadə etməyə zəmin hazırlayacaq addımlar atmağa ümid edirik. Bu sahədə görəcəyimiz işlərin bir qismi təcili, bir qismi uzun vədəlidir.

  Türkiyənin dərman və tibbi vəsaitləri keyfiyyət və qiymət baxımından Livanın standartlarıyla uyğundur. Bu mövzuda Türkiyəyə güvənirik.

  Livan Səhiyyə Nazirliyi ilə Türkiyənin Livan Səfirliyi arasındakı gözəl əməkdaşlıq sayəsində uzun illərdən bəri bağlı qalan Sayda Türkiyə Xəstəxanasının Təcili Yardım Xidməti yeni tip koronavirus (Covid-19) peyvəndinin mərkəzi olaraq çalışmağa başladı.

  Qarşılıqlı olaraq təcrübələri paylaşmaq iki ölkə arasındakı əlaqələrin güclənməsinə və sağlıq turizminə qatqı verəcək. Livan İraq və digər ərəb dövlətləri başda olmaqla dünyanın bir çox ölkəsindən gələn insanların sağlıq xidmətləri üçün səyahət etdiyi bir ölkədir."



Әlaqәli Xәbәrlәr