Türkiyə ŞKTR daha 26 min doza peyvənd göndərib

Türkiyə yeni tip koronavirus (Kovid-19) əleyhinə mübarizə çərçivəsində, Şimali Kipr Türk Respublikasına (ŞKTR) daha 26 min doza Sinovac peyvəndi göndərib.

1660396
Türkiyə ŞKTR daha 26 min doza peyvənd göndərib

Türkiyə Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsinin apardığı peyvəndlər dünən axşam Ercan Hava limanında ŞKTR Səhiyyə Nazirliyinin səlahiyyətlilərinə təhvil verilib. Beləcə Türkiyənin ŞKTR-na göndərdiyi peyvənd miqdarı 216.000 doza-ya çatıb.  Bu miqdarın İyul ayının sonuna qədər 300.000 doza çatdırılması planlaşdırılır.

ŞKTR Səhiyyə Naziri Ünal Üstel daha əvvəl Bayrak Radio Televiziyasına (BRT) verdiyi müsahibədə, iyulun sonuna dək hər həftə Türkiyədən ŞKTR-na müəyyən sayda peyvənd göndəriləcəyini və peyvənd kampaniyası başladılacağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr