Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumuna dair açıqlama verib

M. Çavuşoğlu "Antalya Diplomatiya Forumu ilə diplomatiyada sahədə və masadakı nüfuzumuzun düşüncə sahəsində gücləndirilməsini də hədəfləyirik" deyib.

1659250
Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumuna dair açıqlama verib

"Antalya Diplomatiya Forumu ilə diplomatiyada sahədə və masadakı nüfuzumuzun düşüncə sahəsində gücləndirilməsini də hədəfləyirik". 

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl baş tutmuş brifinqdə deyib.

İyunun17-də Cənubi Avropa Əməkdaşlıq Prosesi Zirvəsi (GDAÜ) Xarici İşlər Nazirləri Yığıncağı, günortadan sonra isə Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi Zirvənin təşkil ediləcəyini vurğulayan Çavuşoğlu 1996-cı ildə qurulan GDAÜ-nün 13 ölkənin hamısını eyni masa ətrafında bir araya gətirən yeganə təşkilat olduğunu söyləyib. 

GDAÜ-nün növbəti sədrliyini 1 iyul 2020-ci ildə Kosovodan təhvil alan Türkiyənin prosesi üçüncü dəfə öz üzərinə götürdüyünü söyləyən Çavuşoğlu Türkiyənin də 1 iyul 2021 tarixindən etibarən növbəti sədrliyi Yunanıstana təhvil verəcəyini vurğulayıb.

Növbəti sədrliyi müddətində enerji, qadın, mütəşəkkil cinayətkarlıqla mübarizə, əkinçilik, miqrasiyaya nəzarət və məşğulluq kimi mövzularda 40-dan çox tədbir təşkil etdiklərini ifadə edən Çavuşoğlu bunları deyib:

"Zirvəyə 8 ölkənin dövlət və ya hökumət başçıları iştirak edəcək, 9 ölkənin xarici işlər nazirləri də nazirlərin görüşünə qatılacaq. Digər ölkələr də fərqli səviyyələrdə təmsil olunacaq. Avropa İttifaqından isə "ev sahibi ölkə qonağı" olaraq Ali Nümayəndə Borrell iştirak edəcək. 

"İclaslarda bölgədəki ümumi vəziyyəti və son inkişafları müzakirə edəcəyik. Bölgənin gələcək 10 il üçün iqtisadiyyat və inkişaf hədəflərini müəyyənləşdirən Cənub-Şərqi Avropa 2030 Strateji Sənədi də Zirvədə qəbul ediləcək" deyə Çavuşoğlu bildirib.



Әlaqәli Xәbәrlәr