Antaliyaya bir həftədə 120 min turist gəldi

Dünyanın dörd bir tərəfindən qonaq qarşılayan Antaliyada turizm mövsümü hərəkətlənməyə başladı

1657902
Antaliyaya bir həftədə 120 min turist gəldi

 

  Antaliyaya 8 gündə 120 min turist gəldi.

  Dünyanın dörd bir tərəfindən qonaq qarşılayan Antaliyada turizm mövsümü hərəkətlənməyə başladı. Bu canlanma hava yolu sıxlığında da özünü göstərir.

  Fraport TAV Antaliya Havalımanının baş direktoru Bilgihan Yılmaz sözügedən mövzu ilə bağlı deyib: “Yoluxma hallarının azalması və peyvəndləmənin sürətlənməsi öz müsbət təsirini göstərir. Almaniya, Ukrayna və Polşadan gələn sərnişin sayı artıb. Ən çox yolçu 59 min sayla Ukraynadandır. 2019-cu ilin iyunun ilk həftəsi rəqəmlərilə müqayisədə bu il Ukraynadan sonra Almaniya (17 min sərnişin), sonra Polşa (10 min yolçu) gəlir. Uçuş məhdudiyyəti qalxınca Rusiyadan gələnlərin ciddi şəkildə artacağını gözləyirik”.



Әlaqәli Xәbәrlәr