Prezident Ərdoğan Türkiyə ilə Azərbaycan arasında önəmli bir müqavilə imzalanacağını bildirdi

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə verdiyi açıqlamada "Gələn həftə Türkiyə ilə Azərbaycan arasında önəmli bir müqavilə imzalanacaq" deyib.

1656251
Prezident Ərdoğan Türkiyə ilə Azərbaycan arasında önəmli bir müqavilə imzalanacağını bildirdi

"Gələn həftə Türkiyə ilə Azərbaycan arasında önəmli bir müqavilə imzalanacaq".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda məscidin istifadəyə verilməsindən sonra jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan NATO Zirvəsi və Belçikanın paytaxtı Brüsseldə 14 iyun tarixində keçiriləcək ikitərəfli görüşlərdən sonra Azərbaycana gedəcəyini söyləyib.

Əvvəlcə Füzuliyə səfər edəcəyini vurğulayan dövlət başçısı daha sonra Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini və iki ölkə arasında hərtərəfli bir müqavilə imzalanacağını bildirib. 

Ərdoğan NATO sammitində və Azərbaycana səfəri zamanı Ermənistanın mina xəritələrini verməməsilə bağlı məsələni gündəmə gətirəcəyini bildirib.
Dövlət başçısı bu problemin həllinin tapılması üçün Türkiyənin müvafiq dəstək verəcəyini də vurğulayıb.

Xatırladaq ki, Ərdoğanın Azərbaycana səfəri iyunun14-16-na planlaşdırılır. Dövlət başçısı səfəri çərçivəsində Bakı Olimpiya stadionunda Türkiyə-Uels matçını da izləyəcək.



Әlaqәli Xәbәrlәr