“Leopard 2A4” artıq mehmetciyin ixtiyarında

Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin (SSB) rəhbəri İsmayıl Dəmir “twitter” hesabından sözügedən mövzu ilə bağlı bildirib...

1652761
“Leopard 2A4” artıq mehmetciyin ixtiyarında

 

  Türkiyə yerli və milli sistemlərlə müasirləşdirdiyi “Leopard 2A4” tanklarına zireh paketinin ardıcıl istehsalına keçdi.

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin (SSB) rəhbəri İsmayıl Dəmir “twitter” hesabından sözügedən mövzu ilə bağlı bildirib: “Quru Qüvvələri Komandanlığı inventarındaki “Leopard 2A4” tankları üçün istehsal edilən zireh paketinin ardıcıl istehsalına keçildi və tanklara uyğunlaşdırılması başlandı.

  Qüllə və gövdə hissələri üçün təhdid təhlilinə görə fərqli konfiqurasiyalarda inkişaf etdirilən zireh paketi hələ də dünya ordularındakı “Leopard 2A4” tanklarında istifadə edilən ən təsirli balistik qoruma şəklidir.

  Artıq Türkiyənin yerli və milli sistemlərlə müasirləşdirdiyi tanklar mehmetciyin (əsgərin) xidmətində olacaq”.



Әlaqәli Xәbәrlәr