Uzun Mehmet məscidi ibadətə açıldı

Prezident Rəcəb Tayyib Ərdoğan Zonguldakda Uzun Mehmet məscidinin açılış mərasiminə iştirak edib.

1651886
Uzun Mehmet məscidi ibadətə açıldı

Prezident Ərdoğan Təxminən 6 min insanın eyni vaxtda namaz qıla biləcəyi dənizə nazir nöqtədə inşa edilmiş məscidin açılış mərasimində çıxış edib.

Prezident çıxışında əsrlər dəyişsə də Türk millətinə qarşı düşmənçilik və kin-küdrətin dəyişmədiyini, Türk bayrağına dözə bilməyənlərin millətin birliyinə və həmrəyliyinə hücum etməyə başladıqlarını, müqəddəs məkanları hədəfə götürməkdən imtina etmədiklərini ifadə edərək: “Birliyimizi poza bilməyəcəklər. FETO-dan (Fəthullahçı Terror Təşkilatı) PKK-ya qədər Türkiyənin düşmənləri tərəfindən istifadə edilən terror təşkilatları məscidlərimizə, millətimizin dininə və inancına hücum etmişlər. Ancaq müstəqilliyimizə zərbə endirməyə cəhd göstərənlərə necə dərs verdiysək işimizi, çörəyimizi və dincliyimizi hədəfə götürənlərə də eyni cavabı verəcəyik”.



Әlaqәli Xәbәrlәr