Gün ərzində zərərsizləşdirilən terrorçu sayı 10 olub
Türkiyənin Ədirnə şəhərindən qanunsuz olaraq Yunanıstana keçməyə cəhd edən 5 nəfər tutulub.
1649236
Türkiyənin Ədirnə şəhərindən qanunsuz olaraq Yunanıstana keçməyə cəhd edən 5 nəfər tutulub.
Həbs olunanlardan 2 nəfərin bölücü terror təşkilatı PKK üzvü olduğu müəyyən edilib.
Milli Müdafiə Nazirliyi "Twitter" hesabından mövzu ilə əlaqədar açıqlama verib.
Açıqlamaya görə, Yunanıstana qanunsuz keçməyə çalışan 5 nəfər Ədirnə sərhədində tutulub. Onlardan ikisinin terror təşkilatı PKK üzvü olduğu aşkarlanıb.
İraqın şimalındakı Qara bölgəsində 5, Zap bölgəsində 3, Suriyada isə "Fərat qalxanı" əməliyyatı bölgəsinə soxulmağa cəhd edən 2 terrorçu zərərsizləşdirilib.
Beləliklə, gün ərzində zərərsizləşdirilən terrorçu sayının 10 olduğu bildirilib.