"Məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasına start veriləcək", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra ictimaiyyətə müraciət edib.

1649144
"Məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasına start veriləcək", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra ictimaiyyətə müraciət edib.

Dövlət başçısı bildirib ki, iyunun 1-dən etibarən Türkiyədə yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasına start veriləcək. Ötən bir il yarımda Türkiyə "Covid-19" virusuna qarşı bütün formalarda mübarizə aparıb. Peyvəndləmə prosesində dünyadakı ilk on ölkə sırasına daxil olunub. İyun ayında peyvəndləmə prosesi bütün imkanların səfərbərliyi ilə daha da genişləndiriləcək. Yerli peyvəndə ilin axırına qədər qovuşacağımıza ümid edirik.

"İyun ayında “Evdə qal!” rejimi həftənin ilk beş günü saat 22:00-dan ertəsi gün saat 05.00-dək, həftənin şənbə günləri tətbiq olunan eyni qayda həmin saatda başlayıb bazar ertəsi saat 05.00-dək qüvvədə olacaq. İyul ayında normallaşma prosesi gündəlik yoluxma vəziyyətinə uyğun tənzimlənəcək" deyə dövlət başçısı qeyd edib.



Әlaqәli Xәbәrlәr