Ziya Selçuk prezident İlham Əliyevin qəbulunda olub

Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku Azərbaycan Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti İlham Əliyevin qəbulunda olub.

1646769
Ziya Selçuk prezident İlham Əliyevin qəbulunda olub

Prezident İlham Əliyev qəbul zamanı etdiyi çıxışında Türkiyə ilə Azərbaycan arasında əlaqələrin bir çox sahədə olduğu kimi təhsil sahəsində də sürətlə inkişaf etdiyinə diqqət çəkib və Ermənistanın işğalından azad edilmiş torpaqlarda peşə məktəblərinə zərurət olduğunu, bu sahədə atılacaq addımlara Türkiyənin dəstək olacağına əminliyini qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri çərçivəsində Türkiyədən hədiyyə olaraq təklif olunan məktəbin təməlinin atılmağı planlaşdırdıqlarını ifadə edən prezident Əliyav Təhsil sahəsində ciddi islahatlar həyata keçirildiyini, Türkiyənin təcrübəsinə üstünlük verdiklərini vurğulayıb. Ziya Səlcuq da öz növbəsində: “Təhsilin inkişafı və gələcəyə yönəlik proqramlar mövzusunda qardaş ölkə Azərbaycanın təhsil naziri ilə əməkdaşlıq çərçivəsində lazimi addımları atacayıq”.



Әlaqәli Xәbәrlәr