Çanaqqalanın Ayvacık qəsəbəsində daha 46 immiqrant xilas edilib

Çanaqqalanın Ayvacık qəsəbəsində Yunan dəniz mühafizə dəstələri tərəfindən Türkiyənin ərazi sularına buraxılan 46 nizamsız miqrant  xilas edilərək sahilə çıxarılıb.

1645069
Çanaqqalanın Ayvacık qəsəbəsində daha 46 immiqrant xilas edilib

Türkiyə Sahil   Mühafizə  Xidmətindən  yayılan  məlumata  görə   Sivrice  Burnu  ərazi  sularında   rezin qayıqda  qapalı qalan bir  qrup nizamsız immiqrant xilas  edilib.  Qeyd  edilib  ki,  onlar    Yunanistan sahil mühafizəsi tərəfindən Türkiyənin ərazi sularına qeyir   qaytarılıblar. Xilas  edilən  Qeyri-qanuni 46  miqrantl Ayvacık qəsəbəsindəki  ifadələrindən  sonra    İzmir   Köç  idarəsinə   cəlb  olunublar.  Xatırladaq  ki,  dünən də İzmirin Dikili  qəsəbəsinin  ərazi  sularında qapalı  qalan  23 nizamsız immiqrant xilas edildi.



Әlaqәli Xәbәrlәr