Türkiyə 519 “Mavi bayraq”la dünyada üçüncü oldu

Beynəlxalq Mavi Bayraq Münsiflər Heyəti 2021-ci ilin “Mavi Bayraq” mükafatlarını açıqlayıb

1643883
Türkiyə 519 “Mavi bayraq”la dünyada üçüncü oldu

 

  Tanınmış turizm yerlərindən biri olan Antaliya beynəlxalq ətraf mühit mükafatı olan "Mavi bayraq"lı çimərlik sayını 213-ə çıxararaq dünyada ən çox “Mavi bayraq” sahibi olan şəhər ünvanı adını qorudu.

  Beynəlxalq Mavi Bayraq Münsiflər Heyəti 2021-ci ilin “Mavi Bayraq” mükafatlarını açıqlayıb. Buna görə Türkiyədə bu il 213-ü Antaliyada olan 519 çimərlikdə mavi bayraq dalğalanacaq.

  Turizm yerlərindən İspaniya birinci sırada olaraq 614, Yunanıstan ikinci yer olaraq 545, Türkiyə isə 519 mavi bayraqla dünyada üçüncü olub.

  Qeyd edək ki, 2020-ci ildə çimərlikdə 202 olan “Mavi bayraq” sayını bu il 213-ə yüksəldən Antaliyadan sonra Muğla (106), İzmir (66), Aydın (39) və Balıkesir (36) gəlir.



Әlaqәli Xәbәrlәr