19 may saatlar 19.19-u göstərəndə Türkiyə ayağa qalxacaq

19 May Qurtuluş Savaşını başlamaq üçün atılan addımın ildönümüdür

1641903
19 may saatlar 19.19-u göstərəndə Türkiyə ayağa qalxacaq

 

  19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı bu il xüsusi olaraq təşkil edilən rəsmi mərasimlərdən başqa daha çox internet üzərindən qeyd olunur.

  İlk mərasim paytaxt Ankarada Atatürkün mavzoleyində təşkil edilib.

  Türkiyənin gənclik və idman naziri Mehmet Məhərrəm Kasapoğlu və heyəti Anıtkabiri ziyarət edərək Atatürkün mavzoleyinə əklil qoyublar. Hörmət duruşu və İstiqlal Marşının oxunmasından sonra nazir M.M.Kasapoğlu Misaki-Milli Qülləsinə keçərək mavzoleyin xatirə dəftərinə ürək sözlərini yazıb.

  Mərasimdən sonra ölkənin gənclik və idman naziri sənaye və texnologiya naziri Mustafa Varankın da qatıldığı “Digiage” Oyun Ssenarini İnkişafetdirmə Düşərgəsinə onlayn olaraq bağlanıb, gənclərlə söhbət edib.

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay və milli təhsil naziri Ziya Səlcuq da onlayn olaraq 81 bölgənin lisey şagirdləri ilə görüşəcək.

  Siyasi partiya sədrləri və heyətləri də gün boyu Atatürk mavzoleyini ziyarət edəcək.

  Türkiyə vaxtı ilə saatlar 19.19-u göstərəndə bütün şəhərlərdə evlərin balkon və pəncərələrindən İstiqlal Marşı oxunacaq.

  Koronavirus tədbirlərinə uyğun olaraq ölkədə qaçış marafonları, maşın konvoyları, konsertlər, səs və işıq nümayişləri də olacaq.



Әlaqәli Xәbәrlәr