Hulusi Akar: "Əməliyyatlarda 105 terrorçu zərərsizləşdirilib"

23 aprel tarixində başladılan "Pəncə Şimşək" və "Pəncə İldırım" əməliyyatlarında indiyə qədər 105 terrorçu zərərsizləşdirilib.

1638736
Hulusi Akar: "Əməliyyatlarda 105 terrorçu zərərsizləşdirilib"

23 aprel tarixində başladılan "Pəncə Şimşək" və "Pəncə İldırım" əməliyyatlarında indiyə qədər 105 terrorçu zərərsizləşdirilib.

Milli müdafiə naziri Akar və Türkiyə Silahlı Qüvvələrinin komandirləri gecə boyunca Şırnakdakı əməliyyat mərkəzindən əməliyyatlara nəzarət edərək, idarə ediblər.

Əməliyyatların planlaşdırıldığı kimi davam etdiyini ifadə edən Akar 23 apreldən başladılan əməliyyatlarda 105 terrorçunun zərərsizləşdirildiyini söyləyib.

Akar 1 yanvar tarixindən bəridir zərərsizləşdirilən terrorçuların ümumi sayının 1056 olduğunu açıqlayıb.

Əməliyyatların İraq başda olmaqla bütün qonşuların ərazi bütövlüyünə, sərhədlərinin təhlükəsizliyinə və suverenliyinə hörmətli şəkildə keçirildiyini vurğulayan Akar əməliyyatların ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini bildirib.

Terrorçulara məxsus çox sayda silah və sursatın da ələ keçirildiyini ifadə edən Akar "Həm ölkəmizi, həm də iraqlı qardaşlarımızı terror bəlasından qurtarmaq əsas hədəfimizdir" deyib.



Әlaqәli Xәbәrlәr