İbrahim Kalın gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Türkiyә Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Amerika Birlәşmiş Ştatları ilә gәrginliyә sәbәb olan  S-400 zenit-raket kompleksi mәsәlәsinin müzakirә yolu ilә hәll oluna bilәcәyini söylәyib.

1638328

İbrahim Kalın qәzetlәrin birinә verdiyi müsahibәdә Belçikanın paytaxtı Brüsseldә keçirilәcәk NATO sammitindә prezident Rәcәb Tayyib Әrdoğanın ABŞ prezidenti ABŞ prezidenti Co Bayden ilә görüş keçirәcәyini xatırladıb.

İbrahim Kalın xüsusilә separatçı terror tәşkilatı PKK/PYD vә Fәtullahçı terror tәşkilatı (FETÖ) mәsәlәsindә ABŞ-dan gözlәntilәri olduğunu, bu mәsәlәdә CO Bayden administrasiyasının konkret addımlar atmasını istәdiklәrini söylәyib.

İsrailin hücumlarının İsrail dövlәtinin Fәlәstin torpaqlarını tarixi, mәdәni vә dini mәnsubiyyәtindәn  uzaqlaşdırma layihәsinin son mәrhәlәsi olduğunu vurğulayan İbrahim Kalın İsrail üzәrindәki tәzyiqi sistemli  şәkildә artırmağın әhәmiyyәtinә diqqәt çәkib vә prosesi izlәdiklәrini bildirib.

Türkiyәnin 2019-cu ildә Liviya rәhbәrliyi ilә bağladığı müqavilә çәrçivәsindә Liviyaya hәrbçi yerlәşdirdiyini dә bildirәn İbrahim Kalın Liviyaya verilәn hәrbi, siyasi, iqtisadi dәstәyin davam edәcәyini deyib.

Әlaqәli Xәbәrlәr