Rəcəb Tayyib Ərdoğan dünyaya İsrailin törətdiyi hücumlarla bağlı çağırış edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:"Bütün dünyanı İsrailin Əqsa məscidinə, Qüdsə və fələstinlilərin evlərinə etdiyi hücumlarına qarşi hərəkət etməyə dəvət edirəm".

1636648

Rəcəb Tayyib Ərdoğan diyarbəkirli analar ilə iftar yeməyində görüşüb. 

Burada çıxış edən Türkiyə prezidenti bildirib ki,  Qüdsdəki Əqsa məscidinə və müsəlmanlara edilən hücumların dərhal dayandırılmasını istəyirik. Qüdsü və müsəlmanları qorumayan dünya öz-özünə xəyanət etmiş olacaq. İsrail dövlətinin hücumlarına qarşı mövqe nümayiş etdirməyən hər kəs yaşanan zülmə ortaqdır. Türkiyə olaraq hər zaman olduğu kimi bu gün də  Qüdsdəki qardaşlarımızın, Fələstin coğrafiyasındakı bütün müsəlmanların yanındayıq.

Qeyd edək ki, İsrail polisinin Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindəki fələstinlilərə etdiyi hücum nəticəsində 200-dən çox adam yaralanmışdı.

Məlumata görə, İsrail polisinin bölgədəki hücumları davam edir. 

Әlaqәli Xәbәrlәr