Türkiyədə “Sputnik V” peyvəndinin istifadəsinə icazə verildi

Türkiyədə yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib.

1631653
Türkiyədə “Sputnik V” peyvəndinin istifadəsinə icazə verildi

Türkiyədə yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib.

Səhiyyə naziri Fəxrəddin Koca "Twitter"də etdiyi paylaşımda deyib ki, Türkiyə Dərman və Tibbi Ləvazimat Təşkilatı apardığı araşdırmaların nəticəsinə əsasən, “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib. İki ölkə üçün də xeyirli olsun. Beləliklə "Sputnik V" Çinin "Sinovac" və Prof. Uğur Şahinin Almaniyada istehsal etdiyi "BioNtech" peyvəndindən sonra Türkiyədə istifadə olunacaq üçüncü vaksin olub.



Әlaqәli Xәbәrlәr