İraqın şimalında dörd PKK terrorçusu da zәrәsizlәşdirilib

İraqın şimalında hәyata keçirilәn  ‘‘Pәncә-İldırım’’ әmәliyyatı nәticәsindә dörd PKK terrorçusu zәrәsizlәşdirilib.

1629199
İraqın şimalında dörd PKK terrorçusu da zәrәsizlәşdirilib

 

İraqın şimalında hәyata keçirilәn  ‘‘Pәncә-İldırım’’ әmәliyyatı nәticәsindә dörd PKK terrorçusu zәrәsizlәşdirilib.

Türkiyәnin Milli Müdafiә Nazirliyinin yaydığı bәyanatda İraqın şimalındakı Metina vә Avaşin-Basyan bölgәlәrindә hәyata keçirilәn ‘‘Pәncә-Şimşәk’’ vә ‘‘Pәncә-İldırım’’ әmәliyyatlarının planlaşdırılmış şәkildә davam etdirildiyi bildirilib.

Bәyanatda hәmçinin Avaşin-Basyan bölgәlәrindә hәyata keçirilәn ‘‘Pәncә-İldırım’’ әmәliyyatı zamanı şәhid olan hәrbçinin qanının yerdә qalmadığı, şәhidin hücuma mәruz qaldığı bölgәdә tәsbit edilәn bir PKK terrorçusunun zәrәsizlәşdirildiyi vurğulanıb.

Bәyanatda ‘‘Pәncә-İldırım’’ әmәliyyatı nәticәsindә bir mağaraya sığınan üç PKK terrorçusunun da zәrәrsizlәşdirildiyi bildirilib.

Belәliklә ‘‘Pәncә-Şimşәk’’ vә ‘‘Pәncә-İldırım’’ әmәliyyatları nәticәsindә indiyәdәk zәrәrsizlәşdirilәn terrorçuların sayının 37-yә çatdığı bildirilib.



Әlaqәli Xәbәrlәr