Hulusi Akar: "İraqın şimalında davam edən əməliyyatın gedişatında 31 terrorçu zərərsizləşdirilib"

Milli müdafiə naziri Hulusi Akar "Pəncə-Şimşək və "Pəncə-İldırım" əməliyyatlarında 31 terrorçunun zərərsizləşdirildiyini bildirdi.

1628132

Milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) komandanları "Pəncə-İldırım" əməliyyatının hərəkat mərkəzində tədqiqat aparıblar.

Akar buradakı çıxışında "Pəncə-Şimşək və "Pəncə-İldırım" əməliyyatlarının böyük uğurla davam etdiyini ifadə edərək deyib:

"Hər kəs bizim tək hədəfimizin terrorçular olduğunu, başqa məqsədlərimiz olmadığını yaxşı bilməlidir. Bu günə qədər bunu hər kəsin anlaması lazımdır. İraq başda olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə və sərhəd təhlükəsizliyinə hörmətlə yanaşırıq. Məqsədimiz və niyyətimiz dinclik və təhlükəsizlik içində bir həyatı həm iraqlı qardaşlarımız üçün, həm də öz vətəndaşlarımız üçün hazırlamaq və bunun imkanlarını təmin etməkdir".

23 apreldə başlayan əməliyyatlar haqqında da məlumat verən Akar bildirib ki, əməliyyatların gedişatında 31 terrorçu zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr