R. T. Ərdoğan İraqın şimalında həyata keçirilən əməliyyatlarla bağlı bəyanat verib

Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların tamamını məhv edənədək mübarizəmizi davam etdirəcəyik.

1627569
R. T. Ərdoğan İraqın şimalında həyata keçirilən əməliyyatlarla bağlı bəyanat verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı  keçirilən "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatları ilə bağlı deyib:"Məqsədimiz cənub sərhədimizdə yaradılmağa çalışılan  terror mövcudluğunu aradan qaldırmaqdır. Nə Türkiyənin, nə Suriyanın, nə də İraqın gələcəyində separatçı terror təşkilatına və terrorçulara yer yoxdur. Terrorçuların tamamını məhv edənədək mübarizəmizi davam etdirəcəyik". 

Rəcəb Tayyib Ərdoğan "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatlarının idarə edildiyi komandanlıqdakı hərbçilərə videokonfrans vasitəsilə müraciət edib.

"Sığınacaq və mağaraların vurulduğu əməliyyatlar nəticəsində indiyədək çox sayda terrorçu zərərsizləşdirilib. Terrorçuları məhv etmək məsələsində qətiyyətliyik. Əməliyyatlar İraqın ərazi bütövlüyünə hörmət çərçivəsində həyata keçirilir. Əməliyyatlar bölgədə sülhün təmin edilməsinə əhəmiyyətli töhfələr verəcək", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. 



Әlaqәli Xәbәrlәr