"Ukrayna və ətrafında baş verən son hadisələr hamımızı narahat edir", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Polşa-Rumıniya Xarici İşlər Nazirlərinin üçtərəfli görüşündən sonra mətbuat konfransı keçirib.

1627008
"Ukrayna və ətrafında baş verən son hadisələr hamımızı narahat edir", M.Çavuşoğlu

"Ukrayna və ətrafında baş verən son hadisələr hamımızı narahat edir".
Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Polşa-Rumıniya Xarici İşlər Nazirlərinin üçtərəfli görüşündən sonra təşkil etdiyi mətbuat konfransında deyib. 

"Türkiyə-Rumıniya Strateji Tərəfdaşlıq Bəyannaməsinin qəbul edilməsinin 10-cu ildönümü" münasibətilə dünən təşkil edilən paneldə çıxış etdiklərini xatırladan Çavuşoğlu "Münasibətlərimiz bütün bölgəyə nümunə təşkil edir" ifadəsindən istifadə edib.

Çavuşoğlu 9 il əvvəl olduğu kimi üçtərəfli görüşün uzaqgörən bir təşəbbüs kimi gələcək ilki 10-cu iclasa Türkiyənin ev sahibliyi edəcəyini söyləyib.

Çavuşoğlu bu günkü son NATO Xarici İşlər Nazirləri Yığıncağı ilə yanaşı iyun ayında keçiriləcək NATO Sammitini də müzakirə etdiklərini bildirərək, "Bu gün birlik və həmrəyliyin vacibliyini vurğulamaq istərdim. Qara dəniz bölgəsi ortaq evimizdir, bu bölgənin gərginlikdən uzaq olmasını təmin etməliyik. Ukraynada və ətrafındakı son inkişaflar hamımızı narahat edir. Ancaq bu yaxınlarda ümidverici xəbərlər aldıq, ümid edirik ki, dialoq və diplomatiya qalib gələcək" deyib.

Birlikdə müzakirə olunmalı Əfqanıstan, NATO 2030 strategiyası və NATO Zirvəsi kimi prioritet məsələlərin olduğunu ifadə edən nazir "Bütün bu məsələləri müzakirə edirik və siyasətlərimiz arasında koordinasiya olması üçün səylərimizi də davam etdirəcəyik" deyə bildirib.



Әlaqәli Xәbәrlәr