Rәcәb Tayyib Әrdoğan İqlim Sammitinә qatılacaq

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu gün onlayn qaydada keçirilәcәk İqlim Sammitinә qatılacaq.

1626031
Rәcәb Tayyib Әrdoğan İqlim Sammitinә qatılacaq

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu gün onlayn qaydada keçirilәcәk İqlim Sammitinә qatılacaq.

Mәlumata görә, İqlim Sammiti Amerika Birlәşmiş Ştatlarının prezidenti Co Baydenin ev sahibliyindә keçirilәcәk.

Amerika Birlәşmiş Ştatları Dövlәt Departamentindәn verilәn bәyanatda İqlim Sammitinin qarşıdakı 10 il әrzindә karbon emissiyalarının azaldılması, iqlim fəaliyyətinin iqtisadi faydaları, yenidәn emal texnologiyaları və qlobal iqlim dәyişikliyi üçün çalışan qeyri-dövlət aktyorlarının tanıdılması məsələlərinin  müzakirə ediləcəyi bildirilib.

Bәyanatda hәmçinin deyilir: ‘‘Sammitin  əsas məqsədi böyük iqtisadiyyatları, xüsusən də dünya iqtisadiyyatı emissiyalarının və ümumi daxili məhsulun  80 faizinә sahib  ölkәlәr ilә  İqlim və Enerji Forumunun üzvlərini  illik istiliyin azaldılması hədəfinə çatmağa təşviq etməkdir’’.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden martın 26-da  aralarında Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan, Çin dövlәt başçısı Si Cinpinq, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin vә katoliklәrin ruhani lideri Papa Fransiskin  dә olduğu 40 ölkәnin liderini 22-23 aprel tarixlәri arasında onlayn qaydada keçirilәcәk İqlim Sammitinә dәvәt etmişdi.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sammitin ilk sessiyasında çıxış edәcәyi bildirilib.

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden vә vitse-prezident Kamala Xaris sammitdә açılış nitqi ilә çıxış edәcәklәr.

 


 



Әlaqәli Xәbәrlәr