Ərdoğan Türkiyə-Albaniya Fier Dostluq Xəstəxanasının açılışda çıxış etdi

Türkiyə-Albaniya Fier Dostluq Xəstəxanasının açılış proqramına onlayn qatılan Ərdoğan çıxışında deyib...

1625904
Ərdoğan Türkiyə-Albaniya Fier Dostluq Xəstəxanasının açılışda çıxış etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya başda olmaqla bütün Balkanların barış, dinclik, sabitlik və inkişafı üçün səy göstərdiklərini vurğulayıb.

  Türkiyə-Albaniya Fier Dostluq Xəstəxanasının açılış proqramına onlayn qatılan Ərdoğan çıxışında deyib: “Türkiyə-Albaniya əlaqələri gün-gündən inkişaf edir. 30 ildən çoxdur ki, Türkiyə Albaniyanın inkişafına hər cür dəstək verir.

  Fier Dostluq Xəstəxanasının 3 aya tamamlanacağını söyləmişdik, bundan da qısa müddətə bitirdik. Xəstəxana 6 əməliyyatxana, 20 reanimasiya otağı və 130 yatağıyla alban bacı-qardaşlarımızın istifadəsinə hazır hala gətirilib. Burada 387 tibb personalı çiyin-çiyinə xidmət göstərəcəklər.

  Türkiyə Albaniya başda olmaqla bütün Balkan ölkələrinin barış, sabitlik və inkişafı üçün səylə çalışır. Bizi təhdid, ya rəqib kimi görənlər yalnız və yalnız öz maraqları üzərindən hərəkət edərək böyük bir yanlışlığa düşür."



Әlaqәli Xәbәrlәr