Ərdoğan Stoltenberqlə danışdı

Türkiyə Prezident Aparatından verilən məlumata görə...

1622847
Ərdoğan Stoltenberqlə danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda danışdı.

  Türkiyə Prezident Aparatından verilən məlumata görə, söhbət zamanı Egey və Şərqi Aralıq dənizləri, Liviya və Əfqanıstandakı son proseslər, o cümlədən Rusiya-Ukrayna böhranı başda olmaqla bir sıra regional məsələlər müzakirə edilib.

  Ərdoğan Türkiyənin quruluşçu addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizlərində sakitlik hökm sürdüyünü vurğulayıb.

  Liviyada yeni hökumətin müdafiə edilməsi və təhlükəsizlik sahəsində dəstək verilməsi lazım olduğunu bildirən Türkiyə başçısı iki ölkənin imzaladığı müqavilələrin bu istiqamətdə töhfə verəcəyinə inandığını dilə gətirib.

  R.T.Ərdoğan NATO-nun imkan və bacarıqlarının Əfqanıstana yönəldilməsi ilə dəstəyin təsirli şəkildə davam etdirilməsini vacib sayıb, Rusiya-Ukrayna böhranının isə Ukraynanın torpaq bütövlüyü, suverenliyi, Minsk müqaviləsi əsasında və dialoq yoluyla həllinin tərəfdarı olduğunu bildirib.  



Әlaqәli Xәbәrlәr