Türkiyə Suriyada rejim qüvvələrinin kimyəvi silahdan istifadəsinə bir daha reaksiya verdi

Türkiyə Suriyada rejim qüvvələrinin kimyəvi silahdan istifadəsinə reaksiya göstərərək, hücumlardan məsul olanların cəzasız qalmaması çağırışını təkrarladı.

1620793
Türkiyə Suriyada rejim qüvvələrinin kimyəvi silahdan istifadəsinə bir daha reaksiya verdi

Türkiyə Suriyada rejim qüvvələrinin kimyəvi silahdan istifadəsinə reaksiya göstərərək, hücumlardan məsul olanların cəzasız qalmaması çağırışını təkrarladı.

Xarici İşlər Nazirliyi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) İstintaq və Təsbit Qrupunun Suriyadakı kimyəvi silah hücumlarına dair 12 aprel tarixli ikinci hesabatı ilə bağlı yazılı açıqlama yaydı.

Hesabatda 4 fevral 2018-ci il tarixində Serakibdə baş verən xlor qazı hücumunun Əsəd rejimi qüvvələri tərəfindən həyata keçirildiyi qeyd edilən açıqlamada "İstintaq və Təsbit Qrupu daha bir kimyəvi silah hücumunda rejimin məsuliyyətini ortaya qoymuşdur" ifadəsindən istifadə edilmişdir.

Açıqlamada kimyəvi silah istifadəsinin Kimyəvi Silahlar Konvensiyasının ciddi bir pozuntusu olması ilə yanaşı insanlığa qarşı bir cinayət və bir müharibə cinayət olduğu ifadə edilərək bildirilib:

"Bu vəsiləylə beynəlxalq hüququn ciddi pozuntusunu təşkil edən bu hücumlardan məsul olanların cəzasız qalmamalı olduğu barədəki çağırışımızı təkrarlayırıq. Türkiyə Birləşmiş Millətlər Təşkilatı və KSQT başda olmaqla Suriyada bunun cavabının verilə bilməsinə dair səyləri dəstəkləməyə davam edəcək".

KSQT hesabatda Əsəd rejiminin Serakibə hava hücumunda ən az bir silindr bombadan istifadə etdiyi, bombanın zarin qazı buraxdığı və geniş bir bölgəyə təsir etdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr