Türkiyə və Liviyanın bütün nazirləri bir araya gəldilər

Türkiyə-Liviya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı üçün Türkiyəyə gələn Liviya rəsmi heyətinin paytaxt Ankarada görüşləri davam edir

1619790
Türkiyə və Liviyanın bütün nazirləri bir araya gəldilər

 

  Türkiyə-Liviya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı üçün Türkiyəyə gələn Liviya rəsmi heyətinin paytaxt Ankarada görüşləri davam edir.

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Birlik Hökumətinin xarici işlər naziri Necla əl-Menguşla görüşüb. “Twitter” hesabından görüşlə bağlı Çavuşoğlu belə yazıb: “Həmkarımla görüşümüz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının I Toplantısından əvvəl oldu. Türkiyə-Liviya dostluğu və əməkdaşlığının möhkəmlənməsilə bağlı ortaq fikirdəyik. Bizim bu tarixi müddətdə qardaş Liviyaya dəstəyimiz davam edəcək."

  Türkiyənin xəzinə və maliyyə naziri Lütfi Elvan liviyalı həmkarı Xalid əl-Məbruk Abdullahla görüşünü “twitter”dən paylaşaraq belə deyib: "Liviyanın maliyyə nazirini nazirliyimizdə qarşıladıq. Keçirdiyimiz görüşdə əməkdaşlıq sahələrimizi müzakirə etdik".

  Ticarət naziri Ruhsar Pekcan Liviyanın iqtisadiyyat və ticarət naziri Məhəmməd Əli əl-Huveyc və planlama naziri Fəhir Miftah Əbufərna ilə nazirlikdə bir araya gəliblər. R.Pekcan qonaqlara: "Türkiyə Liviyanın inkişaf mərhələsində yanında olmağa davam edəcək", - deyə vurğulayıb.

  Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum Liviyanın məskən və abadlıq işləri naziri Əbubəkr Məhəmməd əl-Gavi ilə görüşərək həmkarına Liviyanın abadlığı müddətində Türkiyənin lazımi sərmayələrlə hazır olduğunu bildirib.

  Enerji və təbii qaynaqlar naziri Fateh Dönməz Liviyanın neft və qaz sənayesi naziri Məhəmməd Əhməd Oun ilə bir araya gəlib. Görüşdə neft və təbii qaz başda olmaqla əməkdaşlığın digər sahələrinin də inkişaf etdirilməsi qərarlaşdırılıb.

  Sənaye və Texnologiya naziri Mustafa Varank Liviyanın sənaye və mədənlər naziri Əhməd Əli Əbu Heyse və Liviyanın ali təhsil və elmi araşdırmalar naziri İmran Məhəmməd Əbdünnəbi ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib. Varank sözügedən görüşlə bağlı: "Xüsusilə sənaye, mədənçilik və təşəbbüskarlıq sahəsində Liviyanın potensialını bir məhrələyə gətirməklə bağlı biz nə lazımsa etməyə hazırıq", - deyib.

  Daxili işlər naziri Süleyman Soylu liviyalı həmkarı Xalid ət-Ticani Mazin, milli təhsil naziri Ziya Səlcuq isə Liviya ali təhsil və elmi araşdırmalar naziri İmran Məhəmməd Əbdünnəbi ilə görüşüb.



Әlaqәli Xәbәrlәr