YPG/PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib

Suriyada "Zeytun budağı" əməliyyatı bölgəsində hücuma hazırlaşdıqları aşkarlanan YPG/PKK-lı iki terrorçu zərərsizləşdirilib.

1617176
YPG/PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib

Şırnak Bestler Dereler Domuz dağı bölgəsində 1-i qırmızı kateqoriyada axtarışda olan daha 2 terrorçu zərərsizləşdirilib. Bölgədəki əməliyyatlarda zərərsizləşdirilən terrorçu sayı bununla da 10-a çatıb.

Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, "Eren-10" əməliyyatı çərçivəsində Şırnak-Bestler Dereler Domuz dağı bölgəsində terror təşkilatı PKK-ya qarşı əməliyyat davam edir.

Əməliyyatda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında yaşanan qarşıdurmada daha 2 PKK terrorçusu silahları ilə zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi ifadə edilib.

Daxili işlər naziri Süleyman Soylu əməliyyat barədə "Twitter" hesabından atdiyi paylaşımda ümumilikdə 10 terrorçunun zərərsizləşdirildiyini və terrorçulardan birinin qırmızı kateqoriyada axtarışda olduğunu bildirib.

Suriyada "Zeytun budağı" əməliyyat bölgəsində isə hücuma hazırlaşdıqları aşkarlanan YPG/PKK-lı iki terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında yer alan açıqlamada “Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq! "Zeytun budağı" əməliyyat bölgəsinə hücum həyata keçirən terror hədəflərini müəyyənləşdirən və məhv edən əməliyyatlarımız davam edir. Hücuma hazırlaşdığı aşkarlanan daha 2 terrorçu komandolarımız tərəfindən zərərsizləşdirildi" ifadələri yer alıb. 

Milli Müdafiə Nazirliyi "Zeytun budağı" əməliyyatı bölgəsində dünən (7 aprel) həyata keçirilən terror hücumunda 2 əsgərin şəhid olduğunu və verilən cavab nəticəsində YPG/PKK-lı 3 terrorçunun zərərsizləşdirildiyini açıqlamışdı.

Bununla da zərərsizləşdirilən terrorçuların ümumi sayı 5-ə çıxıb. şkarlanan YPG/PKK-lı iki terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr