"Pandemiya ilə mübarizədə 157 ölkə və 12 beynəlxalq təşkilata köməklik göstərdik", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Banqladeşin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ölkələrinin Zirvə Toplantısına çıxış edib.

1616722
"Pandemiya ilə mübarizədə 157 ölkə və 12 beynəlxalq təşkilata köməklik göstərdik", M.Çavuşoğlu

"Türkiyə yeni tip koronavirusla (Covid-19) mübarizədə 157 ölkə və 12 beynəlxalq təşkilata köməklik göstərdi".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Banqladeşin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ölkələrinin Zirvə Toplantısı çərçivəsində onlayn olaraq təşkil edilən Xarici İşlər Nazirləri Toplantısının açılışında deyib.

"Covid-19" epidemiyası dövründə çoxtərəfliliyin və əməkdaşlığın əhəmiyyətini bir daha gördüklərini vurğulayan Çavuşoğlu "Türkiyə olaraq pandemiyanın başlıdığı gündən "Covid-19" ilə mübarizədə həmrəylik və işbirliyinin əhəmiyyətini vurğuladıq. 157 ölkə və 12 beynəlxalq təşkilatla yardım etdik. (Beynəlxalq Valyuta Fondu) BVF, Dünya Bankını və G20-dəki ən kasıb ölkələr üçün daxili borcların təxirə salınmasına dair  təşəbbüsləri dəstəklədik" deyib.

D-8 ölkələrinin sahib olduğu böyük iqtisadi potensialı üzə çıxarma səylərinin özlərindən asılı olduğunu vurğulayan Çavuşoğlu bildirib ki, zirvə yığıncağında qəbul ediləcək 10 illik Yol Xəritəsi və Dakka Bəyannaməsi sənədlərinin bu çərçivədə təşkilata yeni istiqamət qazandıracaqdır. 
Nazir Çavuşoğlu turizm pandemiyadan ən çox təsirlənən sektorlardan biri olduğuna diqqət çəkərək, Türkiyənin etibarlı turizm layihəsini həyata keçirdiklərini və BMT Turizm Təşkilatının rəhbərlik edən əsaslarına da uyğun gələcək şəkildə tətil mərkəzlərini yenidən turizmə açdıqlarını söyləyib. 

Çavuşoğlu bundan başqa, Türkiyənin turizm sektorundakı layihə nümunələrini D-8 ölkələrilə bölüşməyə hazır olduğunu da deyib. 
Xİn rəhbəri aprelin 8-də keçiriləcək iclasda növbəti sədrliyi Banqladeşə təhvil verəcəklərini, Türkiyənin istənilən hər dəstəyi verəcəyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr