"Hələ ki, Montrö müqaviləsilə davam edirik", R.T.Ərdoğan

Prezident Aparatında (Cumhurbaşkanlığı) təşkil edilən mətbuat konfransında son günlər müzakirələrə səbəb olan 1936-cı il Montrö Boğazlar Müqaviləsilə bağlı Ərdoğan belə söyləyib...

1615241
"Hələ ki, Montrö müqaviləsilə davam edirik", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Montrönü ölkəmiz üçün əhəmiyyətli görür, daha yaxşı imkan tapana qədər bu müqaviləyə bağlılığımızı davam etdiririk", - dedi.

  Prezident Aparatında (Cumhurbaşkanlığı) təşkil edilən mətbuat konfransında son günlər müzakirələrə səbəb olan 1936-cı il Montrö Boğazlar Müqaviləsilə bağlı Ərdoğan belə söyləyib: “Montrönü ölkəmiz üçün əhəmiyyətli görür, daha yaxşı imkan tapana qədər bu müqaviləyə bağlılığımızı davam etdiririk. Müqavilədən çıxmaqla əlaqədar hal-hazırda nə bir niyyət, nə bir iş var. Amma gələcəkdə bu ehtiyac ortaya çıxarsa, ölkəmizi daha yaxşısına qovuşdurmaq üçün hər müqaviləni nəzərdən keçirə bilərik."



Әlaqәli Xәbәrlәr