“ABŞ-ın hesabatı reallıqdan qopuqdur”, F.Altun

Sosial media hesabından ingiliscə şərh paylaşan F.Altun sözügedən mövzu ilə bağlı yazıb...

1613422
“ABŞ-ın hesabatı reallıqdan qopuqdur”, F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin illik insan haqqları hesabatının reallıqdan qopuq olduğunu bildirdi.

  Sosial media hesabından ingiliscə şərh paylaşan F.Altun sözügedən mövzu ilə bağlı yazıb: “Türkiyənin insan haqqları mövzusu daxili siyasət deyil, universal bir məsələdir. Çünki ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bölgədə və dünyada insan haqqları pozuntularına qarşı çıxan yeganə liderdir. Türkiyə insan haqqları ilə bağlı ən böyük irəliləyişi Ədalət və İnkişaf Partiyası (AK Parti) hökuməti zamanı əldə edib.

  Hesabatda Türkiyəyə qarşı haqsız tənqidlər var.

  Terrorla mübarizədə Türkiyə insan haqqlarına həssaslıqla yanaşır. Ölkəmiz PKK, FETÖ və DAEŞ-ə qarşı mübarizəni təhlükəsizlik və insanlarımızın haqq və azadlıqları arasındakı tarazlığı göz önündə saxlayaraq davam etdirir.

  Türkiyə terror təşkilatlarının sərbəstliyi qarşısında ən böyük maneədir.

  Aİ və ABŞ-la dialoq qapısını hər zaman açıq saxlayan və buna davam edən Türkiyənin qırmızı xətti xalqımızın təhlükəsizliyi və əmin-amanlığıdır.

  Terrorla mübarizə və hökumətin vətəndaşların təhlükəsizliyini təmin etməsi səyləri haqsız tənqidlərə məruz qalmamlıdır. Ona görə də ABŞ Dövlət Departamentinin bu hesabatı reallıqdan qopuqdur.”  



Әlaqәli Xәbәrlәr