Mövlud Çavuşoğlu Əfqanıstanda Rəşid Dostumla bir araya gəlib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstan prezidentinin keçmiş birinci müavini Rəşid Dostum ilə bir araya gəlib.

1612867
Mövlud Çavuşoğlu Əfqanıstanda Rəşid Dostumla bir araya gəlib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstan prezidentinin keçmiş birinci müavini Rəşid Dostum ilə bir araya gəlib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Çavuşoğlu və Dostum Xarici İşlər Nazirliyində görüşüblər.

Çavuşoğlu görüş haqqında "Twitte" hesabından etdiyi paylşımda Dostumla sülh prosesi və Əfqanıstandakı Türk soyluların vəziyyətini müzakirə etdiklərini bildirib.

Çavuşoğlunun paylaşımında "Qardaş Əfqan xalqına sülh və sabitliyin təmin edilməsində dəstəyimizi davam etdirəcəyik" ifadələri yer alıb.

Mövlud Çavuşoğlu Əfqanıstanın keçmiş xarici işlər naziri Səlahəddin Rabbani ilə də görüşüb..

Çavuşoğlu sosial mediadan etdiyi paylaşımda həmin zamanda Cəmiyyəti İslam Partiyasının sədri olan Rabbani ilə səmimi bir görüş keçirdiklərini ifadə etdi.

Çavuşoğlu "Əfqanıstandakı mövcud vəziyyət, sülh prosesindəki son inkişaflar və İstanbul Toplantısı barədə fikir mübadiləsi etdik" deyib.



Әlaqәli Xәbәrlәr